Təqvim
Yeni iPad Pro, MacBook Air və Mac Mini təqdim edildi - VİDEO
30 oktyabr 2018 - 22:26

Apple şirkəti Nyu-Yorkdakı təqdimatında çoxdan gözlənilən yeni Mac Mini desktop kompüterini təqdim etdi. Yeni Mac Mini-də dördüncü nəsil 2 nüvəli çiplərin yerinə səkkizinci nəsil Intel Core prosessorlarından istifadə edilib. 4 nüvəli Core i3-dən tutmuş 6 nüvəli Core i7-ə kimi. Qrafik performans 60%, ümumi performans gücü isə 5 dəfə yüksəlib. Yeni Mac Mini həmçinin 8/64 GB RAM və 128 GB/2 TB daxili yaddaş ilə təchiz olunub.

Məlumatların şifrələnməsi və HEVC videoların emal olunması üçün T2 çipindən istifadə olunur. Bununla yanaşı Mac Mini 2018 modeli Thunderbolt 3/USB-C/HDMI 2.0, 2 ədəd adi USB və Ethernet girişləri ilə təchiz olunub. Beləliklə yeni Mac Mini 7 Noyabr tarixindən satışa çıxacaq. Intel Core i3 prosessoruna, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 800$ qiymətində satılacaq.

    Apple şirkəti öz təqdimat tədbirində həmçinin çoxdan bəri yenləmədiyi MacBook Air (2018) modelini də təqdim etdi. Yeni modelin özəllikləri arasında kompakt ölçü, yüksək performanslı texniki göstəricilər və böyük ölçülü ekran var. Beləliklə yeni MacBook Air minimal çərçivələrə sahib 13.3 inç Retina ekran ilə təchiz olunub və ekranın üst hissəsində Face Time HD kamerası yerləşdirilib.

    Əsas texniki göstəriilərə gəldikdə isə MacBook Air (2018) modeli səkkizinci nəsil 2 nüvəli Intel Core i5 prosessoru, 8/16 GB RAM və 1.5 TB- kimi daxili yaddaş ilə təchiz olunub. Yeni model əvvəlkindən 60% daha sürətlə çalışır. Noutbooku blokdan çıxartmaq üçün klaviaturada Touch ID tenxologiyası yerləşdirilib. Bundan əlavə olaraq noutbookda olan T2, SSD müasir təhlükəsizlik protokolları və o cümlədən məlumatların şifrələnməsi istifadəçinin fayllarını toxunulmaz olaraq saxlayacaq. Əvvəlki Air modelindən fərqli olaraq bu ilki MacBook Air modelinin aliminium korpusu 10% daha nazik və 17% daha kompakt olub. Noutbookda olan 2 ədəd USB Type-C girişi vasitəsilə ona videokart və ya 5K keyfiyyətli xaric ekranı qoşmaq olar.

    Noutbookun ümumi qalınlığı 15.6 mm, çəkisi isə 1.2 kq-dır. Stereo səsgücləndiricilər noutbookun kənarlarında yerləşdirilib və əvvəlki modeldən fərqli olaraq 25% daha güclü səs verməyə qadirdirlər. Bununla yanaşı MacBook Air (2018) 3 ədəd mikrofona sahibdir və Siri səsli köməkçisini dəstəkləyir. Təqdimat zamanı noutbookun hansı həcmdə batareyaya sahib olduğu məlumatı verilməyib. Şirkətin verdiyi məlumata əsasən yeni MacBook Air vasitəsilə 12 saat internetdə iş görməyə və 13 saat videoya baxmaq olar. MacBook Air (2018)-i artıq ön sifariş etmək mümkündür. O, 7 Noyabr tarixində 1199$ qiymətində satışa çıxacaq.

    Və son olaraq Apple şirkəti çoxdan gözlənilən iPad Pro (2018) modelini təqdim etdi. Həmişəki kimi istifadəçilərə yeni planşet modelinin iki versiyası təqdim olunub. Onlar öz aralarında ekran ölçüləri ilə fərqlənirlər. İlk dəfə olaraq şirkət iPad dizaynını tamamilə dəyişərək onu daha kompakt edib və çəkisini azaldıb. Beləliklə yeni iPad Pro nazik çərçivələrə sahib və Home düyməsiz ekran ilə təchiz olunub. Bunun sayəsində versiyalardan biri 11 inç, digəri isə 12.9 inç ekrana sahibdir. Hər iki versiyanın qalınlığı isə 5.9 mm-ə kimi nazikləşib. Planşetin korpusu bir növ iPhone 5-in korpusunu xatırladır. Dizayn dəyişiklikləri sırasında həmçinin 3.5 mm-lik audiogirişin və ənənəvi Lightning girişinin olmadığını qeyd etmək lazımdır.

    Lightning girişi USB Type-C ilə əvəz olunub. Bunun sayəsində yeni iPad Pro-ya bir sıra cihazları qoşmaq mümkündür. Bununla yanaşı yeni iPad sayəsində həmdə iPhone smartfonlarınə şarj etmək olar. Yeni nəsil iPad modelində ən nəzərə çarpan yenilik isə Face ID texnologiyasıdır. Smartfonlardan fərqli olaraq planşetdəki Face ID texnologyası istifadəçi üzünü həm üfüqi həmdə şaquli vəziyyətdə təyin edə bilir. Əsas texniki göstəricilərə gəldikdə isə iPad Pro (2018) modeli 8 nüvəli Apple A12X Bionic prosessoru, 64/256/512 GB və 1 TB daxili yaddaş, 12 MP-lik (f/1.8 diafraqmalı, Smart HDR və 60fps-də 4K video çəkilişi dəstəkli) arxa kamera və 7 MP-lik (f/2.2 diafraqmalı və portret rejimi dəstəkli) ön kamera ilə təchiz olunub.

    Əvvəlki modeldən fərqli olaraq iPad Pro (2018) birnüvəli rejimdə 35%, çoxnüvəli rejimdə isə 90% daha sürətli çalşır. Planşetdən əlavə olaraq şirkət həmdə yenilənmiş Apple Pencil stilusunu da təqdim etdi. İkinci nəsil Apple Pencil yenilənmiş dizayn və sensorlu panelə sahibdir. Həmin sensorlu paneldən bəzi tətbiqlərdə istifadə etmək mümkündür. Bununla yanaşı stilus maqnit bərkidicilərə sahibdir və planşetə onlar sayəsində bərkidilir. Bu halda o həmdə şarj yığır. Beləliklə iPad Pro (2018) 7 Noyabr tarixində satışa çıxacaq. 11 inç ekrana sahib iPad Pro (2018)-in qiyməti 800$-dan, 12.9 inç ekrana sahib iPad Pro (2018)-in qiyməti isə 1000$-dan başlayacaq. 12.9 inç ekrana, 1 TB daxili yaddaşa və 4G LTE texnologiyasına sahib model 1900$-a satılacaq. Yenilənmiş Apple Pencil-in qiyməti isə 130$ təşkil edəcək.

 

 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© technote
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə