Azərbaycana ən çox valyuta gətirən şirkətlər açıqlandı

Təqvim
Azərbaycana ən çox valyuta gətirən şirkətlər açıqlandı
30 oktyabr 2018 - 20:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub.

"" xəbər verir ki, İcmalın bu sayında Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz  artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6  milyon, İsveçrəyə 105,2 milyon Gürcüstana 97,4  milyon və Qazaxıstana 34,3  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon ABŞ dolları həcmində olub. Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.  

Ümumiyyətlə 2018-ci ilin yanvar- sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 64,6 faiz, pambıq ipliyinin ixracı 37,8 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22,9 faiz, meyvə-tərəvəzin ixracı 11,8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5,5 faiz artıb.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları təşkil edib və ən çox mal ixrac edilən ölkələrin siyahısına  Rusiya (27 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyə (25,7 milyon ABŞ dolları), İsveçrə (13 milyon ABŞ dolları), Gürcüstan (8,9  milyon ABŞ dolları) və Qazaxıstan (3,8 milyon ABŞ dolları) qərarlaşıb. Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (12 milyon ABŞ dolları) birinci, qızıl (11,9 milyon ABŞ dolları)  ikinci, metanol (7,1 milyon ABŞ dolları) isə üçüncü olub.

 “İxrac İcmalı”nın sentyabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Kapitan Fruits” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,  “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Sun Food” MMC önə çıxıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “SOCAR Methanol” MMC, “CTS-Agro” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, Naxçıvan  MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə