Təqvim
'Biz Tesla-dan iki dəfə ucuz elektromobillər istehsal edəcəyik'
30 oktyabr 2018 - 08:57

 Bir sıra avtomobil istehsalçıları yaxın gələcəkdə öz elektromobil modellərini təqdim etməyə hazrlaşırlar. Lakin görünür, Volkswagen şirkəti bu sahədə daha inamlıdır. Belə ki, şirkət üçün “Tesla şirkətinə çatmaq və onu geridə qoymaq” sloqanı əsl biznes modelə çevrilir. Volkswagen özünün bütün avtomobil seriyasının elektrikləşməsinə daha çox diqqəti cəlb etməyə davam edir. Şirkət təmiz enerji ilə çalışan avtomobillər sahəsinə 30 milyard avro investisiya yatırıb və onun ilk elektromobil modelləri artıq gələn il satışa çıxmalıdırlar. Şirkətin CEO-su Herbert Diess-in sözlərinə görə yeni elektromobil seiyası daxili yanacaq mühərrikli avtomobillərin analoqu olacaqlar. Onlar daxili yanacaq mühərrikli avtomobillərdən qiymət, texniki performans və qətt olunan yol cəhətdən fərqlənəcəklər.

    “2020-ci ilə kimi biz də Tesla şirkəti kimi elektromobillər istehsal edəcəyik. Lakin onlar Tesla modellərindən daha ucuz olacaqlar” – deyə Herbert Diess bildirib. Herbert Diess öz bəyanatında hansı Tesla modelindən söhbətin getdiyini tam dəqiq açıqlamayıb. Əgər I.D seriyalı lüks elektromobillərin qiyməti 30.000$ təşkil etsə, Herbert Diess həqiqəti söyləmiş olacaq. Belə ki, baza komplektasiyalı Tesla Model S-in qiyməti iki dəfə bahadır. Lakin əgər həmin vaxta kimi Elon Musk 35.000$ qiymətə sahib Tesla Model 3-ün istehsalat tempini yüksəltsə, çətin ki, Volkswagen şirkəti 17.500$ qiymətə sahib elektromobil modeli təqdim etsin. Lakin bunun olacağı təqdirdə bu, avtomobil bazarını tamamilə dəyişəcək.

    Şirkət dəfələrlə qeyd etmişdi ki, VW I.D seriyalı elektromobillər dizel yanacağı ilə çalışan avtomobillərdən bir qədər baha olacaqlar. Bundan əlavə olaraq VW I.D elektromobili haqqında bəzi yeni məlumatlar da ortaya çıxıb. Beləliklə hər bir elektrmobil 3 kompüter ilə təchiz olunacaq. Onların hər biri sonradan əlavə olunacaq avtopilot özəlliyini dəstəkləyəcək. Proqram təminatı yenilənməsi elektromobillərə avtomatik gələcək. Tesla modellərində də bu cür olur. Yaxın zamanda şirkət öz zavodlarından birini tamamilə elektromobil istehsalına yönəldəcək. Bu isə öz növbəsində 2020-ci ilə kimi ildə 100.000 elektromobil istehsal etməyə imkan verəcək.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© technote
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə