Təqvim
Komitə sədri: Məlumatların alınmasında problemimiz yoxdur, ola da bilməz
29 oktyabr 2018 - 11:03

"Heç bir dövlət qurumu ilə statistik məlumatların alınmasında problemimiz yoxdur, ola da bilməz".

Bunu açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən statistik məlumatın gecikdirilməsinə, yaxud təhrif olunmasına görə fiziki və hüquqi şəxslərin 300 manatdan 500 manatadək cərimə edilməsi nəzərdə tutulub: "Ona görə də bu sahədə məlumatların alınmasında hər hansı problem yoxdur".

Azərbaycanın statistik məlumatların istehsalına görə ən qabaqcıl ölkələrdən biri olduğunu xatırladan T. Budaqov əlavə edib ki, digər inkişaf etmiş ölkələrdə bu kimi məlumatlar hətta iki ildən sonra dərc olunur: "Odur ki, bizim ölkədə məlumat gecikmir. Hətta məlumatların ictimailləşdirilməsi müddəti bir çox inkişaf etmiş ölkələrdən daha qısa vaxtda həyata keçirir".

Komitə sədri həmçinin statistik göstəricilərin günün reallıqlarını əks etdirməməsi ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib. O qeyd edib ki, bu kimi yanaşmalar bütün dünyada var.

T.Budaqov vurğulayıb ki, əhalidə statistik məlumatlara inam yaranması üçün insanların statistik savadlılığı yüksəlməlidir: "Hər kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir. Biz orta əmək haqqının məbləğini açıqlayanda 250 manat əmək haqqı alan insan bundan narazılığını ifadə etməyə başlayır. Lakin o, nəzərə almır ki, statistika ölkə üzrə orta göstəricilərin məcmusudur".

O eyni zamanda, gələcəkdə statistik məlumatların çeşidinin artırılmasına da münasibət bildirib: "Statistikada təlabat, insanların, istifadəçilərin, dövlətin təlabatına uyğun çeşid müəyyən edilir. Hansı məlumata maraq varsa, o istiqamətdə də statistika komitəsi öz işini qurur. Bəzən insanlarımızda yanlış məlumat yaranır ki, statistika sadə bir məhsuldur. Statistika istehsal prosesidir və bu da müəyyən investisiya qoyuluşu tələb edir. Ona görə də çox az maraq doğuran məsələlər ətrafında vəsait sərf edib statistika formalaşdırmaq da iqtisadi cəhətdən səmərəli və ya sərfəli deyil".

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə