Təqvim
'Tesla pilotsuz taksi sahəsini ələ keçirəcək'
27 oktyabr 2018 - 12:02

Tesla şirkəti üçün gəlir baxımından rekord olmuş üçüncü rübün nəticələrinin təqdim olunduğu konfransda Elon Musk bildirib ki, Tesla pilotsuz taksilər sahəsində lider şirkət olma potensialına sahibdir. Onun sözlərinə əsasən Tesla mütəxəssisləri tərəfindən hazırlanan təkmilləşdirilmiş avtopilot sistemi rəqib şirkətləri şanssız qoyacaq. “Uzunmüddətli perspektivdə Tesla şirkəti pilotsuz taksi sahəsində ən güclü rəqabətcil mövqeyə sahibdir” – deyə Musk bildirib.

    Şirkət artıq öz elektromobil modelləri üçün bu mövzu barəsində yenilənmiş proqram təminatını təqdim edib və avtopilot imkanlarını bir qədər genişləndirib. Bundan əlavə olaraq Tesla şirkəti özünün süni zəka çipini də hazırlayır. Bu çip Tesla avtomobillərinin tamamilə pilotsuz səviyyəyə çatmalarına yardımçı olacaq. Çox güman ki, həmin çipin istifadəyə verilməsi ilə pilotsuz taksi sahəsinin formalaşması başlayacaq. “Biz tamamilə əminik ki, nəqliyyatın gələcəyi pilotsuz avtomobillərdə birgə səyahətdən ibarətdir. Bu bazar Airbnb ilə Uber servislərinin qarışığı tərzində formalaşacaq” – deyə Musk bildirib.

    Musk düşünür ki, yüngül şəhər nəqliyyatı Tesla şirkətinə məxsus pilotsuz avtmobillərdən ibarət olacaq. Həmin pilotsuz avtomobillər isə öz növbələrində özəl şəxslərdə olacaqlar. Hər iki tərəf bu halda Uber sistemi əsasında qazanc əldə edəcək. Lakin bu vəziyyətdə sərnişinləri sürücü və ya avtomobilə sahib özəl şəxslər deyil, pilotsuz sistem lazımi məntəqəyə çatdıracaq. Bundan əlavə olaraq pilotsuz avtmobilləri Airbnb servisi tərzində icarəyə də vermək mümkün olacaq. Musk Tesla şirkətinin artıq indidən müəyyən üstünlüyə sahib olduğunu bildirərək gələcək nəqliyyat sistemi barəsində böyük əminliklə bu cür bəyanatlar verir.

    Belə ki, ABŞ yollarında artıq yüz minlərlə Tesla avtmobillərindən istifadə olunur. Beşinci avtopilot səviyyəsinin istifadəyə verilməsindən sonra isə elektromobillərin sayı milyondan çox olacaq. İndi hazırlanan texnologiya sayca həmin milyondan çox olacaq elektromobillərdən böyük bir hissəsini pilotsuz nəqliyyat növünə çevirməyə imkan verəcək. Belə ki, bəzi elektromobillərin pilotsuz nəqliyyat növünə çevrilməsi üçün sadəcə olaraq proqram təminatı yenilənməsi göndəriləcək. Bəzilərində isə sadəcə olaraq çiplər dəyişdiriləcək. Buna baxmayaraq mütəxəssislər Tesla şirkətini pilotsuz avtomobil yaradıcılarının reytinqinə daxil etmirlər. Həmin reytinqdə birinci yeri tutan isə Waymo şirkətidir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© technote
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə