Böyük Britaniya "Facebook"u cərimələdi

Təqvim
Böyük Britaniya "Facebook"u cərimələdi
25 oktyabr 2018 - 16:29

"Facebook" istifadəçilərin şəxsi məlumatlarının sızması ilə nəticələnən Böyük Britaniyanın "Cambridge Analytica" şirkəti ilə əməkdaşlığa görə maksimal məbləğdə - 500 min funt sterlinq və ya 644 min dollar məbləğində cərimələnib.

Qeyd edək ki, Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi "Facebook"u cərimələmək niyyətini hələ bu ilin iyul ayında elan etmişdi. O zaman şirkətin 2007-2014-cü illərdə istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin edə bilmədiyi, eləcə də bu məlumatların daha sonra üçüncü şəxslər tərəflərdən istifadəsi baxımından kifayət qədər şəffaf olmadığı bildirilmişdi.

Xatırladaq ki, bu ilin yazında "Cambridge Analytica" şirkətinin "Facebook"dakı tətbiqi vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını topladığı və onlardan, o cümlədən 2016-cı ildə ABŞ-da prezidentlik kampaniyasında və Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə referendum zamanı siyasi reklam yerləşdirmək üçün istifadə etdiyi məlum olub. Sui-istifadə, ümumilikdə, sosial şəbəkənin 87 milyon istifadəçisinə təsir göstərə bilərdi.

"Cambridge Analytica" şirkəti bunun onlayn-reklam üçün adi və qanuni məlumat toplanması olduğunu iddia edərək deyilənləri rədd etsə də, şirkət sonda bütün müştərilərini itirib və müflis olduğunu elan edib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© report
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə