Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb Masallı rayonundakı ümumi təhsil müəssisələrinin IV və VI sinif şagirdləri üçün monitorinqlər keçirilib. Akif AĞAYEV
İki gün (18-19 may) ərzində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılan monitorinqlərdə 5289 şagird (2547 nəfər dördüncü, 2742 nəfər altıncı siniflər üzrə) iştirak edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, Masallı rayonu üzrə sektor müdiri Qoşqar Hətəmov və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyənləşdirilməsi, tədrisin keyfiyyətinin artırılmasıdır.
Bütün hüquqlar qorunur © 2024