Çapa göndər
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb

19 may 2024 - 18:54

Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb

 

Masallı rayonundakı ümumi təhsil müəssisələrinin IV və VI sinif şagirdləri üçün monitorinqlər keçirilib.
İki gün (18-19 may) ərzində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılan monitorinqlərdə 5289 şagird (2547 nəfər dördüncü, 2742 nəfər altıncı siniflər üzrə) iştirak edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, Masallı rayonu üzrə sektor müdiri Qoşqar Hətəmov və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyənləşdirilməsi, tədrisin keyfiyyətinin artırılmasıdır. 

 

Akif AĞAYEV