Təqvim
Masallılı tanınmış heykəltaraşın Bakıda sərgisi keçirilir
23 dekabr 2023 - 15:35

Masallılı tanınmış heykəltaraşın Bakıda sərgisi keçirilir

 

Bakı Müasir İncəsənət Muzeyində tanınmış heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevin “Nağıl kimi” adlı fərdi sərgisi (22 dekabr-10 yanvar) keçirilir. 
Sərginin açılışında Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, Xalq rəssamı Fuad Salayev və digər tanınmış mədəniyyət nümayəndələri iştirak ediblər.
Sərgidə “Şəhər mövzulu”, “Təbii daşlarla sintez olunmuş”, “Heyvanlar aləmi” və “Müxtəlif” mövzuları üzrə altmış kompozisiya tamaşaçılara təqdim olunur. Sərgilənən əsərlər arasında təbii daşlar, keramika və mərmərlə bürünc sintez edilib.
Məlumat üçün bildirək ki, Rahib Arif oğlu Qarayev 8 aprel 1986-cı ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. Orta təhsilini şəhid Hakim Həsənov adına Qasımlı və  Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəblərində (1993-2004) alıb. İlk heykəltaraşlıq dərslərinə (2000-2008) doğma kənddə İlqar Balayevin emalatxanasında başlayıb. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirdikdən sonra magistratura pilləsinə daxil olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildən Azərbaycan Rəssamlar İttifağının üzvüdür. 2009-cu ildə “Bir millət, iki dövlət”, “Amerika mənim gözümlə”, 2011-ci ildə Türkiyədə Memar Sinan Universtetində keçirilən simpoziumda, 2014-cü ildə “Lermontov”, “Əsrin müqaviləsi”, 2015-ci ildə “Xocalı”, “Tolerant Azərbaycan Gənci” adlı sərgilərdə iştirak edib.  2014-cü ildə keçirilən velosipedçilərə həsr olunmuş sərgidə ikinci mükafata sahib olub. 2016-cı ildə Aprel döyüşləri şəhidi Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin, Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun büst və heykəlini hazırlayıb. Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi Albert Aqarunova Bakı şəhərində qoyulmuş heykəlin müəlliflərindəndir.
Daim yenilik axtarışında olan istedadlı heykəltaraş Rahib Qarayevin 2012-ci ildən işlədiyi “Leonardo Da Vinci” adlı bakalavr diplom işi hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi kompleksində nümayiş olunur. Həmçinin rəssamın 2014-cü ildə işlədiyi “Bəhruzbəy Kəngərli” adlı magistr diplom işi Naxçıvan şəhərindəki “Rəssamlar” parkında ucaldılıb. Heykəlin bir nümunəsi “Bəhruz Kəngərli” ev-muzeyinə hədiyyə edilib.

 

Akif AĞAYEV


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə