Təqvim
“Heydər Əliyev” kitabının təqdimatı olub - FOTO
20 dekabr 2023 - 13:06

“Heydər Əliyev” kitabının təqdimatı olub - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində BŞİH və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan “Heydər Əliyev” kitabının təqdimatı keçirilib.

BŞİH-dən bildirilib ki, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, deputatlar, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən müharibəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti, Tarix və Etnologiya İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıb və bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə