Təqvim
Akif Ağayev: Masallı rayonunun yaradılmasından 93 il ötür
08 avqust 2023 - 18:54

Masallı rayonunun yaradılmasından 93 il ötür

8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub
Masallı rayonu Azərbaycanın cənub-şərqində yerləşir və Rayon 
Respublikanın cənub-şərqində Xəzər dənizi ilə Talış dağları arasında yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşəsidir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəd olan Masallı rayonu Lənkəran-Astara iqtisadi rayonuna daxildir. Rayonun əhalisi 231, 1 min (01.10.2022) nəfər, mərkəzi Masallı şəhəridir.
Çox qədim tarixə malik Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Aparılan arxeoloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun «Gülüstani-İrəm» (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun «Cavahirnameyi Lənkəran» (1869), salnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun «Əxbarnamə» (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilmişdir. «Masallı» coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmiş, tarixi mənbələrdə bu toponim «məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər» mənasında səciyyələndirirlər. Masallı sözünün «Mosullu» sözündən yaranmasını ehtimal edənlər də var. Toponimika ilə məşğul olan alimlərimizdən R. Yüzbaşov və Ş. Sədiyevin birgə yazdığı «Azərbaycanın coğrafi adları» kitabında «Masallı-Masal nəslinə mənsub» şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Nadir Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın «Masal» əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, «Masallı» toponimində «Masal» yer, ərazi, «lı» isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olmuşdur.
XIX əsrin ortalarında – 1920-ci ilin əvvəllərində sovetləşmə başlandıqda ilk dəfə 15 qəza və bu qəzaların tərkibində dairələr yaradılıb. Bunlardan cənub bölgəsində Lənkəran qəzası və Lənkəran qəzasının tərkibinə daxil olan Masallıda iki, Lənkəranda iki, Cəlilabadda üç dairə var idi. Masallıda olan iki dairənin biri Masallı, digəri isə Boradigah dairəsi idi.
“Ərkivanın salnaməsi” (müəllif Abdurrəhman Səmədov) kitabında yazılır ki, 1920-1930-cu illərdə dairə komitəsi lənkəranlı Mütəllim Məmmədov (1921-1924) və Nəsir Haqverdiyev (1925-1928), bakılı Zəhra Kərimova (1929-1930), Dairə İcraiyyə Komitəsinin sədrləri isə boradigahlı Soltanağa Zülfüqarov (1925-1924), bakılı Cəfərzadə (1925-1928) və Ələsgər Əliyev (1928-1930) olmuşdur.
1930-cu ildə qəzalar və dairələr ləğv edilib, o cümlədən Lənkəran qəzası ləğv edildikdən sonra onun əvvəllər əhatə etdiyi bölgədə Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonları yaranıb.
8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub.
1930-cu ildə Dairə İcraiyyə Komitələri Rayon Partiya Komitələri ilə əvəz edildikdən sonra Minşiyev (Bakılı, yəhudi olsa da Azərbaycan dilini yaxşı bilib) Masallı Rayon Partiya Komitəsinin birinci katibi (1930-933-cü illərdə) təyin edilib.
 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə