Vladimir Putin silahlı qiyamın iştirakçılarını satqın adlandırıb VİDEO Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində silahlı qiyam təşkil edənləri və döyüş yoldaşlarına qarşı silah qaldıranları “satqın” adlandırıb, onların hərəkətini dövlətə və xalqa arxadan vurulan zərbə kimi səciyyələndirib. CAN VƏTƏN AZƏRTAC-a istinad ilə xəbər verir ki, Vladimir Putin Rostovda vəziyyətin gərgin olduğunu, dövlət orqanlarının işinin iflic vəziyyətə gətirildiyini bildirib. “Silahlı qiyam təşkil edənlər və silahdaşlarına qarşı silah qaldıranlar Rusiyanı satanlardır. Bir prezident, Ali Baş Komandan və Rusiya vətəndaşı olaraq mən ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm. Qəti addımlar atılacaq”, - deyə o vurğulayıb. V.Putin “Vaqner”ə qoşulanları silahı yerə qoymağa çağırıb. “Biz bütün sınaqlardan çıxacağıq və daha güclü olacağıq”, - deyə o əlavə edib.
Bütün hüquqlar qorunur © 2025