Təqvim
Gülağa Tənha: SABİRİN MƏZARI ÖNÜNDƏ DÜŞÜNCƏLƏR
05 iyun 2023 - 23:45

#ilqarmuradov, #iqbalaqayev Gülağa Tənha (Gulaqa Tenha) #gulaqatenha, #gulaqaqanbarov, #gülağatənha, #gülağaqənbərov #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #GülağaTənha #GulaqaTenha

 

 

Gülağa Tənha:

SABİRİN MƏZARI ÖNÜNDƏ DÜŞÜNCƏLƏR

.
Ey qəmini gizlədib gülə-gülə ağlayan,
Riyakar insanların ürəyini dağlayan,
Məzlumların ahıtək gah inləyən, çağlayan,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!


Sən «Fəhlə»nin dünyanı diksindirən səsiydin,
Məzlum «Əkinçi»lərin təngiyən nəfəsiydin,
«Ay haray!» deyənlərin yaşamaq həvəsiydin,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Məmdəlilər ömrünü üyüdürdü dən kimi,
Taleyinə çökürdü duman kimi, çən kimi,
Qoymurdular sevəsən Vətəni vətən kimi,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Dedin:«Urusbaşdılar», bir belə zülmət olmaz,
Bir belə əzab olmaz, bir belə zillət olmaz!
Özgəyə möhtac olan millətdən millət olmaz!» –
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Dərdi böyük görüncə səbr edib Sabir oldun,
Millətçün ağlamaqda tənha oldun, bir oldun,
Neçə müridlər üçün ocaq oldun, pir oldun,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Gülə-gülə ağlayan, ağlayaraq gülən – sən,
Bir millətin yolunda dirigözlü ölən – sən!
Zülmətlərin içindən Güntək çıxıb gələn – sən,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Bu gün məzarın üstə yığışıb ellər gəlib,
Səni bağrına basan dərdli könüllər gəlib,
Dəstə-dəstə çiçəklər, ətirli güllər gəlib,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
.........................................Moskva – Bakı – Şamaxı,
30 may, 2005

Sosial şəbəkələrdə paylaş:
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
BƏYBALA MİRZƏYEV: Faciələrə vərdiş edən ölkə... 07:17, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə