Filippin hökuməti ABŞ-ın ölkəyə qarşı sanksiyaları təhlükəsi səbəbindən Rusiya Federasiyası ilə 227 milyon dollar dəyərində Mi-17 helikopterlərinin alınması ilə bağlı müqaviləni ləğv edib. Bu barədə "Associated Press" məlumat yayıb. Filippinin keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, o, hələ vəzifədə olarkən, keçən ay Rusiyadan Mi-17 helikopterlərinin alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni ləğv edib.
Bütün hüquqlar qorunur © 2025