Çapa göndər
Filippin Rusiya ilə milyon dollarlıq müqaviləni ləğv etdi

27 iyul 2022 - 15:26

Filippin hökuməti ABŞ-ın ölkəyə qarşı sanksiyaları təhlükəsi səbəbindən Rusiya Federasiyası ilə 227 milyon dollar dəyərində Mi-17 helikopterlərinin alınması ilə bağlı müqaviləni ləğv edib.

Bu barədə "Associated Press" məlumat yayıb. 

Filippinin keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, o, hələ vəzifədə olarkən, keçən ay Rusiyadan Mi-17 helikopterlərinin alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni ləğv edib.