Təqvim
Gülağa Tənha Ali Baş Komandanı TƏBRİK ETDİ...
23 dekabr 2021 - 15:21

Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdə-xilaskardır, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Azərbaycan liderinin çoxşaxəli və möhtəşəm dövlətçilik fəaliyyətini istənilən qədər epitetlə səciyyələndirə bilərik. Ancaq onun haqqında ən sadə təqdimat və indiki mövqeyi üçün verilmiş ən obyektiv proqnoz Ulu Öndər Heydər Əliyevə məxsusdur.

Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq etməklə yanaşı, Prezident İlham Əliyev Azərbaycanın inkişaf potensialını sürətlə artırmağı və onu bölgənin lideri səviyyəsinə yüksəltməyi bacarıb. İlham Əliyevin liderlik missiyası yalnız 10 milyonluq bir ölkəni deyil, sayı bundan beş dəfə çox olan dünya azərbaycanlıları toplumunu əhatə edir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının cəmiyyətdə aparıcı roluna xüsusi əhəmiyyət verən dövlətimizin başçısı hansı coğrafiyada yaşamasından asılı olmayaraq, bu yurdun vətən təəssübü çəkən hər bir  övladı üçün əzizdir, dəyərlidir.

Qətiyyətli, cəsarətli dövlət başçısı kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacaran, qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə nüfuzu gündən-günə daha da yüksələn Prezident İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasətlə ölkəmizi daha böyük zəfərlərə doğru aparır. Məhz bu siyasət və onun nəticəsi olan vüsətli inkişaf Azərbaycanı siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirib.

Möhtəşəm Zəfərin müəllifi olan Prezident İlham Əliyevin “nəyi nə vaxt və necə etmək” intuisiyası onun xalqın arzu və istəklərinə, milli ideallara və potensiala, həmçinin müasir dünya siyasətinin trendlərinə dəqiq bələd olmasından, ətrafda baş verənləri özünün fenomenal analitik təfəkkürünün qüdrəti ilə dəqiq proqnozlaşdıraraq, ən düzgün qərar qəbul etməsindən irəli gəlir. Ötən il sentyabrın 27-də Ermənistanın işğalçı qüvvələri hərbçilərimizə və mülki əhaliyə qarşı növbəti təxribata əl atanda Ali Baş Komandan düşmənə əks-hücumla cavab vermək və ərazilərimizi işğaldan azad etmək barədə qəhrəman Azərbaycan Ordusuna qəti əmr verərək, döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürdü. Xalqımız və bütün dünyadakı azərbaycanlılar 44 gün Ali Baş Komandandan qələbə xəbərləri gözlədilər və bu xəbərləri sevinclə, qürurla qarşıladılar. Lider-xalq, xalq-ordu birliyi Zəfərə gedən yolun möhkəm zəmini oldu. Bu birlik Prezident İlham Əliyevə ümumxalq etimadın, onun qəbul etdiyi qərarlara inamın növbəti təzahürü idi.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi tarixi ədalətin bərpası - Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi oldu. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək torpaqlarımızı işğaldan qurtardı. Azərbaycan xalqının apardığı 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxmasını tələb edən, ikili standartlar üzündən illərdən bəri kağız üzərində qalan BMT  qətnamələrini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu  yerinə yetirdi. Bu Zəfər regionumuzda yeni reallıqlar yaratdı, həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu.

Hörmətli Cənab Prezident, Ali Baş Komandanımız!

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycanın ictimati-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, parlaq qələbələr, ölkəmizin iqtisadi inkişafında mühüm nəaliyyətlər, dünya arenasında Azərbaycanın nüfuzunun möhkəmlənməsi Sizin adınızla bağlıdır. Siz bütün varlığınızı doğma Azərbaycanımızın mənafelərinin qorunmasına, ümummilli hədəflərinin gerçəkləşməsinə həsr etmisiniz. Hörmətli İlham Heydər oğlu Əliyev, bu əlamətdar gündən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik və dəyərli birinci xanım Mehriban xanımla birgə ölkəmizin tərəqqisi və inkişafı uğrunda apardığınız işlərdə uğur arzu edirəm.

 Gülağa Tənha (Qəmbərov)

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə