Ermənistan prezidenti Armen Sarkisyan ölkədə konstitusiyanın dəyişdiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bildirib. O bu sözləri Rusiyanın RBK telekanalına müsahibəsi zamanı deyib. O qeyd edib ki, Ermənistanda prezident üsul-idarəsinin bərpa olunmasınını tərəfdarıdır. Xatırladaq ki, Ermənistanda prezident üsul-idarəsi 2018-ci ildə dəyişdirilərək parlamentli respublika sisteminə keçilmişdi.
Bütün hüquqlar qorunur © 2024