28 oktyabr 2021 - 14:35
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə konstitusiyanın dəyişdiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bildirib.
O bu sözləri Rusiyanın RBK telekanalına müsahibəsi zamanı deyib.
O qeyd edib ki, Ermənistanda prezident üsul-idarəsinin bərpa olunmasınını tərəfdarıdır.
Xatırladaq ki, Ermənistanda prezident üsul-idarəsi 2018-ci ildə dəyişdirilərək parlamentli respublika sisteminə keçilmişdi.