Təqvim
“O pullar hara gedir?” - Şeyx Əbdüldən ETİRAZ
03 avqust 2021 - 14:43

"Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır, ancaq Azərbaycanda bu sahəyə vəsait ayrılır. Nəticə ürəkaçan deyil".

 

Bunu  tanınmış kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Azərbaycan kinosunun 123 illiyi barədə danışarkən deyib. 

 

Son vaxtlar ölkəmizdə istehsal olunan film və teleserialların qeyri-peşəkar hazırlandığını söyləyən Ə.Mahmudov dövlətin ayırdığı vəsaitlərin hara xərcləndiyini soruşub:

 

“Bu gün bizim tədris sistemi və televiziyada yayımlanan filmlər, seriallar nəzarətsizdir.  Film çəkən bəzi şəxsləri tanıyıram, onlar ağır vəziyyətdə çalışırlar, çullarını sudan çıxarmaq üçün əllərindən gələni edirlər. Ancaq onları önə çəkmək üçün addım atan yoxdur.  Biz qayıdış dövrü keçdik, hər hansı icitmai-siyasi informasiya dağılanda ilk zərbə mədəniyyətə, idealogiyaya dəyir. Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır, ancaq Azərbaycanda kinoya vəsait ayrılır. Kino sahəsinə rəhbərlik edən şəxslər qeyri-peşəkar insanlardır. Kinoya pul ayrılmağı vacib deyil, o pul hara gedir, necə xərclənir, bunları bilmək vacibdir. 77 yaşım var, ömrümün 62 ilini kinoya vermişəm, yenidən dünyaya gəlsəm, yenə rejissor olaram".

 

Kinorejissor hesab edir ki, Azərbaycanda kino sahəsində ciddi dəyişikliklərə ehtiyac var.

 

"İncəsənət universitetində tədris sistemi yenidən qurulmalıdır. Qəbul ciddi şəkildə aparılmalıdır, hər fakültəyə on nəfərin içindən üç istedadlı gənc seçilsə, bəs edir. İstedadlı gənclər Azərbaycanın uğururdur”, - deyə Mahmudov bildirib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 

Bu gün Azərbaycan kinosu yaranmasından 123 il ötür.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə