Türkiyədə meşə yanğınları davam edir. Ölkəni cənginə alan yanğın turizm bölgəsi olan Alanyaya çatıb. Yanğın səbəbindən Alanyanın Güzəlbağ məhəlləsində sakinlər evakuasiya edilir. Hazırda alovun qarşısının alınması istiqamətində işlər aparılır. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması insanlar arasında təşvişə səbəb olub. Qeyd edək ki, Türkiyədə davam edən meşə yanğınlarının 85 ocağından 74-ü artıq lokallaşdırılıb.
Bütün hüquqlar qorunur © 2024