Təqvim
Sürətlə inkişaf edən ölkəmizdə gənclərimizin hərtərəfli inkişafı bugünkü uğurlarımızın davamı, gələcək uğurlarımızın isə başlanğıcıdır.
13 avqust 2020 - 17:14

1.Tural müəllim, bu gün bütün dünyada Gənclər Günü kimi qeyd edilir. Azərbaycan gəncləri bu gün ölkəmizin inkişafında nə dərəcədə aktiv iştirak edirlər?
- İlk növbədə mən bütün gənclərimizi təbrik edir, onlara daha aktiv, yaradıcı və yeniliklərə açıq olmağı arzulayıram. Gənclər hər bir ölkənin aparıcı qüvvəsi olmaqla yanaşı, gələcəyimizin qurucuları, milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır. Bu günkü gəncliyimiz müasirliyi ilə olduğu qədər yüksək intellekti, vətənpərvərliyi, ənənələrimizə bağlılığı ilə seçilir. Hazırda gənclərimiz hər bir sahədə fəal şəkildə təmsil olunur, ictimai-siyasi proseslərdə yaxından iştirak edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində bu gün gənclərimizdə özünə güvən hissi formalaşıb, onlar nəinki ölkə daxilində, hətta ölkəmizin sərhədlərindən kənarda da Vətənimizi layiqincə təmsil edirlər. Daha həssas yanaşma tərzinə malik olan gənclərimiz ölkəmizi tanıtmaq, dəyərlərimizin təbliği sahəsində müxtəlif təşəbbüslərlə çıxış edir, genişmiqyaslı layihələr, tədbirlər həyata keçirirlər.
Bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, müxtəlif sahələrdə həyata keçirilən proqramlar, gəncləri maraqlandıran sahələrdə mövcud problemlərin həllinə dair verilən sərəncamlar gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla, onları daha da ruhlandırır, ölkənin inkişafında daha da yaxından iştirak etməsinə şərait yaradır. Gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəçiliyi sistemində iştirakının həyata keçirilməsi, onların səmərəli məşğulluğunun təmin edilməsi nəticəsində ölkəmizin inkişaf dinamikası sürətlə artır. Biz də gənclərlə mütəmadi olaraq çalışan və ünsiyyətdə olan bir qurum kimi onların milli-mənəvi dəyərlərimizə, Vətənimizə, xalqımıza sadiq, layiqli vətəndaş kimi yetişmələri və mövcud imkanlardan faydalanmaqla daha yaradıcı, savadlı, təşəbbüskar və yenilikçi gənclər ordusunun formalaşması üçün çalışırq.
2. Ölkəmizdən kənarda təhsil alan və çalışan kifayət qədər gəncimiz var. Bu gənclərin öz ölkəsinə xidmətləri və yaranan hər hansı bir vəziyyətə adekvat cavab verməsi sizcə qaneedicidirmi?
- Dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənclərimiz təhlil etməyi, fikir yürütməyi çox yaxşı bacarır. Onlar təhsil aldıqları ölkənin qayda-qanunlarına uyğunlaşır, təbii ki, onların həyat tərzində olduğu kimi düşüncələrində də müəyyən dəyişikliklər yaranır. Bu dəyişikliklər düşünürəm ki, müsbət mənada baş verir, onlar inkişafa, öyrənməyə can atırlar. Ancaq dəyişməyən məqamlar da var: harada təhsil alması və yaşamasından asılı olmayaraq, gənclərimizin öz dəyərlərinə bağlılığı, Vətən, xalq sevgisi, onları qorumaq düşüncəsi. Gənclərimiz milli ruhda tərbiyə olunur, ailədə verilən və sonrakı dövrlərdə cəmiyyətin müxtəlif sahələrində aşılanan vətənpərvərlik sevgisi onların qanlarına, ruhlarına hopur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu olduqca əhəmiyyətlidir. Bu gün dünyanın istənilən yerində gənclərimiz milli dəyərlərə sadiq qalmaqla müasir dünyaya inteqrasiya edir, istər aksiyalar, istərsə də xarici kütləvi informasiya vasitələrindən istifadə etməklə Azərbaycan həqiqətlərini olduğu kimi çatdırmağa və düşmənə layiqli cavab verməyə çalışır. Qələmin silahdan daha kəskin olduğu bir zamanda gənclərimiz ağlı, iradəsi, məntiqli düşünmək bacarığı ilə ölkəsinə layiqincə xidmət edir. Son yaşanan iyul hadisələri zamanı da gənclərimiz vətənə bağlılığını, hər zaman ölkəsinin yanında olduğunu bir daha sübut etdi.
3. Milli dəyərlərimizin daşıyıcısı olan gənclərimizin bu dəyərlərin qorunması və milli maraqların müdafiə olunmasında rolunu necə qiymətləndirirsiniz?
-Azərbaycan gənci ictimai-siyasi aktivliyi, mübarizliyi və müdrikliyi ilə hər zaman seçilib. Milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan gənclərimiz bu dəyərlərin qorunmasında fəal şəkildə iştirak edir. Gənclərimizin milli-mənsubiyyətinə, adət-ənənələrinə bağlılığı, onları yaşatması vacib və sevindirici haldır. Çünki gənclərimiz həm də bu dəyərlərin gələcək nəsillərə ötürücüsü kimi məsuliyyət daşıyır və körpü rolunu oynayır. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda yaşayan sağlam, məsuliyyətli, vətənini sevən, təbliğ və təmsil edən gənclərdən ibarət ordumuzun formalaşması bizim gücümüzün əyani göstəricisdir. Çalışqan, yaradıcı gənclərimiz ölkəmizin keçmişi, bu günü, mədəniyyəti, tarixi şəxsiyyətləri ilə bağlı təbliğat xarakterli materiallar hazırlayır, faktları olduğu kimi təqdim edərək ölkəmizdə sülhün bərqərar olması üçün çalışırlar. Sürətlə inkişaf edən ölkəmizdə gənclərimizin hərtərəfli inkişafı bugünkü uğurlarımızın davamı, gələcək uğurlarımızın isə başlanğıcıdır.
4. İnkişaf Etmiş Ölkələrlə müqayisədə ölkəmizdə gənclərlə iş sahəsində vəziyyət necədir və Gənclər evləri şəbəkələrinin yaradılması gənclərlə iş sahəsinə nə kimi yeniliklər gətirib?
- Mən əminliklə deyə bilərəm ki, İnkişaf Etmiş Ölkələrlə müqayisədə ölkəmiz heç də geridə qalmır, hətta bir çox sahədə kifayət qədər üstünlük təşkil edib desək, yanılmarıq.Təbii ki, bunda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət Gənclər Siyasətinin xüsusi rolu var. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti yeni mərhələyə qədəm qoyub.Gənclər evləri şəbəkəsinin yaradılması və gənclərlə işləyən bu qurumların fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar buna ən yaxşı nümunədir. Hazırda ölkənin sadəcə paytaxt və böyük şəhərlərində deyil, müxtəlif rayon və qəsəbələrində də fəaliyyət göstərən Gənclər evləri şəbəkəsi məhz Avropa təcrübəsinə əsaslanır və dünyada öz effektini verən bir moduldur. Gənclər evləri şəbəkəsi gündən-günə genişlənir, gənclərin həyatına toxunmağa və fərqlilik yaratmağa davam edir. Gənclərimiz burada öz asudə vaxtlarını dəyərləndirməklə yanaşı, öz bilik və bacarıqlarını inkişaf etdirir, burada komanda şəklində işləməyi öyrənir, fikir mübadiləsi aparmaqla yeni ideyalar formalaşdırır. Biz də bu ideyaların həyata keçirilməsində Gənclər evləri olaraq lazımı dəstək verməyə çalışırıq.
5. Sonda gənclərə arzu və tövsiyələrinizi bilmək istərdik.
- Gənclərə hər zaman özlərinə inanmağı, yeni bacarıqlar qazanmağa çalışmağı, dünyagörüş və təcrübələrini artırmağı, öz üzərlərində səylə çalışmağı, heç zaman ruhdan düşməməyi tövsiyə edirəm. Unutmayın, Siz bizim gələcək uğurlarımızın təməlisiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə