Təqvim
Bakı Metropoliteni QSC:Uşaqlar günü metropolitendə qeyd olunur
01 iyun 2020 - 17:32

Hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş şəkildə, maraqlı layihələrin fonunda keçirilib. Builki bayram koronavirus (“COVID-19”) pandemiyası ilə mübarizə şəraitində keçirilsə də, "Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq, xüsusi karantin rejiminin tələbləri çərçivəsində uşaqlara həsr olunmuş fərqli layihələrini təqdim edir.

Budəfəki əsas mövzular günün tələbinə uyğun olaraq qurulub. Sosial məsafənin saxlanmasının aktual olduğu, kütləvi sosial-mədəni tədbirlərin məhdudlaşdırıldığı karantin rejimi dövründə festival ovqatlı tədbirləri bu dəfə fərqli layihələrlə uşaq səsləri əvəz edir.

Stansiyalarda xüsusi azyaşlı, məktəbəqədər və məktəbli uşaqların dili ilə maarifləndirici elanlar səsləndirilir. Uşaqların çağırışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və qurumun yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları, tövsiyələri və metodiki göstərişləri, eləcə də Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə təşkilatının “COVID-19” virusundan sərnişinlərin qorunması üçün tövsiyələri xüsusi yer alır.

Əvvəlki iki ildə olduğu kimi, sərnişinlərin xüsusi rəğbətlə qarşıladığı uşaqların səsləndirdiyi elanlar stansiyalara daxil olan və oradan yola düşən qatarlarda sərnişinlərə yol yoldaşlığı edir.

“Bakı Metropoliteni” QSC kollektivi bütün balaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə