Təqvim
Xatirə İslam nazirə söz atdı - “Yadından çıxmışam, yoxsa sənətimə qiymət verərdi” - VIDEO
14 may 2020 - 20:10

“Xəbərin başlığını oxuyub ağzınıza gələn şərhi yazırsız. Dörd gün əvvəl söyləmədiyim bir fikri götürüb Kamil Zeynallı həbs olunan dövrdə səhifələrində yayırlar, məni insanlara söydürürlər. Mən Mədəniyyət Nazirliyi ilə bağlı fikir bildirmişəm, orada həbs olunan şəxslər barədə rəy vermişəm. Kamil nazirlikdə işləyir? Bunun Kamilə nə aidiyyatı? Heç utanmırsız? İncəsənət insanları sizə nə edib? Bizi görəndə niyə qıcıqlanırsız?”
Bu sözləri müğənni Xatirə İslam instaqramda canlı yayımda çıxışı zamanı bildirib. Sənətçi xəbər səhifələri tərəfindən tez-tez fikirlərinin təhrif olunmasından danışıb. O qeyd edib ki, izləyicilər məlumatın başlığını oxumaqla kifayətlənirlər:
“Kamilin həbs xəbərini eşidəndə gözlərim doldu. Amma onun həbsi barədə danışmamışam, danışmaram. Ümumiyyətlə mənə siyasətlə bağlı suallar verirlər. Siyasi bilgim yoxdur, siyasət barədə danışa bilmirəm. Ola bilsin ki, nəsə səhv danışaram, insanlar məni qınaya bilərlər. Xahiş edirəm, şərh yazarkən diqqətli olun. Xəbəri oxumadan insanı necə söymək olar? Niyə insanlar instaqramda bir-birini söyməlidir? Müğənniləri təhqir edirsiz! Biri də yazır ki, yaxşı ki, toylar yoxdu, müğənnilər işləmir. Toyların olmamağı minlərlə musiqiçiyə ziyandı, balaları ac qala bilər. Buna sevinməklə, təkcə müğənniyə qarğış etmiş olmursuz. Qızıl, paltar satanları, şadlıq sarayı işçilərini, bazarda satıcıları, fotoqrafları da bir düşünün. Toy hər şeylə bağlıdır. Canlı açırsan, söyüş yazırlar. Vicdanınız necə rahat olur?”
Daha sonra Xatirə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyi ilə bağlı keçirdiyi əməliyyatı xatırladaraq sənətinə qiymət verilmədiyini vurğulayıb:
“Məni öldürmək rahatdır, nəinki qorxutmaq! Allahdan başqa heç kəsdən qorxmuram. Mən Azərbaycan xəritəsini iki dəfə fırlanmışam. Bütün bölgələrdə konsertlərdə olmuşam. Mədəniyyət Nazirliyində çalışanlar nə dərəcədə bizi qəbul edir, qiymətləndirir? Onlar barədə danışmağı özümə sığışdırmıram. Çünki sənətçiyəm! Mədəniyyət nazirinin telefonumda videosu var, çıxışında Azərbaycan dilində danışır, kobud bir səhv edir. Əbülfəs Qarayev mənə yüzə yaxın diplom verib. Yəqin ki, yadından çıxmışam, yoxsa sənətimə qiymət verərdi. Azərbaycan dilini yaxşı başa düşsəydilər, oxumağımı anlayardılar.
Hələ bir məsələ var. İşdən çıxan barədə yazırıq, mülklərini sadalayırıq. Bunu vaxtında deməyə qorxursuz. Niyə? Çünki hələ kresloda əyləşib? Yıxılanı baltalamayın”. modern.az 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə