Təqvim
ADMİU SABAH qrupları Beynəlxalq Festivalda mükafat qazanıb (+FOTOLAR)
20 noyabr 2019 - 00:14

Canveten.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalında iştirak edib.

Azərbaycanlı tələbələrin festivalda iştirakı ADMİU və ÜDKİ arasında bu ilin mart ayında imzalanmış, iki ali təhsil müəssisəsi arasında təhsil, elm və yaradıcılıq sahəsində əlaqələrin qurulmasını nəzərdə tutan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən baş tutub. 

Bolqarıstan, Polşa, Slovakiya, RusiyaDövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adınaÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin və Şepkin məktəblərinin tələbələrinin iştirakı ilə hazırlanan filmlərin və tamaşaların nümayiş olunduğu festivalda ADMİU ölkəmizi V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə təmsil edib. Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər. 

Tamaşa 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalının festivalın tərkib hissəsi olan 15-ci Beynəlxalq teatr yarışmasıçərçivəsində noyabr ayının 14-də yerli vaxtla saat 16.00-da ÜDKİ-nin səhnəsində nümayiş olunub. Tamaşada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri – baş katib Nigar Axundova, humanitar məsələlər üzrə məsləhətçi Zaur Paşayev iştirak edib.

Qeyd edək ki, “Otello əfsanəsi” bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

ADMİU SABAH qruplarının “Otello” əfsanəsi bu dəfə də festivaldan əliboş qayıtmayıb. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş münsiflər heyətinin qərarına əsasən,“Otello əfsanəsi” tamaşası “Dünya klassikasının yozumunda milli yanaşma”, “Klassik dünya ədəbi motivlərinin çevik təcəssümü” nominasiyaları üzrə qalib olub.

 

 

 

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə