Təqvim
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi (+FOTO)
15 noyabr 2019 - 01:32

Canveten.az xəbər verir ki, respublikamızın ilk və yeganə kontratenoru, Azərbaycan Dövlət Akademik Xor Kapellasının artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar Artist İlham Nəzərov Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq müsabiqədə ən yüksək mükafata layiq görülmüşdür. Belə ki, ifaçının 2019-cu ildə işıq üzü görən F.Şubertin “Qu quşunun nəğməsi” D.957 vokal silsiləsindən ibarət olan “Həsrətə son” adlı albomu  bəstəkarın ən yaxşı təfsirçisi adını qazanmışdır. Bu ifaçının növbəti beynəxalq əhəmiyyətli uğurudur. İfaçı dəfələrlə Respublikamızdan kənarda keçirilən müxtəlif mötəbər tədbirlərdə iştirak edərək Vətənimizin adını daim uca tutmuşdur.  İ.Nəzərovun ən yüksək nailiyyətə layiq görülməsi ona Fransanın paytaxtı Parisdə 2020-ci ildə iki konsert vermək imkanı vermişdir. Həmçinin müğənninin ifası Fransada da lentə alınacaqdır.

Bu əlbətdə musiqi mədəniyyəti tariximizdə əlamətdar hadisə olmaqla yanaşı, həm də qürurverici xəbərdir. Qeyd edək ki, müsabiqədə dünyanın müxtəlif ölkələrinin təmsil edən ifaçıların iştirak etməsi onun əhəmiyyətini qaldırmaqla bərabər, iştirakçılar arasında rəqabət hissini də artırır. Lakin müğənninin ifasında F.Şubertin vokal silsiləsi yüksək peşəkar yanaşma, incə və detallı təfsir və özünəməxsus ifa xüsusiyyətlərinə görə qalib olmuşdur.

Bildiyimiz kimi, “Qu quşunun nəğməsi” vokal məcmuəsi görkəmli alman bəstəkarı F.Şubertin ömrünün son dövründə yazdığı mahnılardan ibarətdir. Silsilə 14 mahnıdan ibarətdir. İ.Nəzərovun ifasının ən vacib xüsusiyyəti əsəri kontratenor səs tembri ilə ifa etməsidir. Belə ki,  F.Şubertin vokal silsiləsinin kontratenor səs tembri ilə ifa olunması dünyada ilk dəfədir. Bu təbii olaraq Respublikamız üçün mədəniyyət hadisəsidir. Qeyd edək ki, əsərin ilk dünya premyerası 27 mart 2019-cu ildə Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında baş tutmuşdur. Böyük coşğu və dinləyici rəğbəti ilə qarşılanan konsert ifaçının növbəti uğura imza atmasına səbəb olmuşdur.

         Müğənninin yaradıcılığına nəzər yetirsək onun fəaliyyətində belə bir ilkin olması birinci hal deyildir. Belə ki, ifaçının yaradıcılığı öz-özlüyündə Azərbaycan musiqi mədəniyyətində yeni və parlaq səhifəni əks etdirir. İ.Nəzərovun yaradıcılığının istiqamətlərində danışsaq o, yalnız ifaçılıq ilə kifayətlənmir. Belə ki, müğənni həmçinin ölkəmizin mədəni həyatında yaxından iştirak edir. O, barokko musiqisinin Vətənimizdə ən qabaqcıl təbliğatçılarından biridir.

İ.Nəzərovun müəllim fəaliyyəti isə onun yaradıcılığının önəmli hissəsini təşkil edir. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasında pedaqoji fəaliyyətlə məşğul olur. Onun tələbələri müxtəlif beynəlxalq müsabiqələrin iştirakçısı və mükafatçıları sırasındadırlar. Bu İ.Nəzərovun yeni istedadlı gənc nəslin savadlı kadr kimi yetişməsində rolunu  bir daha göstərmiş olur. İ.Nəzərov 2019-cu ildən Bakı Musiqi Akademiyasının tarixində ilk dəfə olaraq kontratenor səs tembri ilə təhsil alan tələbə yetişdirir.

Həmçinin müğənni müasir Azərbaycan vokal ifaçılıq məktəbinin ən parlaq nümayəndələrindən biri kimi dərin ənənələrə malik ifaçılıq sənətimizin ənənələrinin davamçısıdır.

Müğənninin ifaçılıq üslubu, hərtərəfli istedada malik olması, zəngin səs çalarları, peşəkarlığı, beş oktava həcmində səs diapozonu, sərhədsiz səs texnikası ona musiqi sənətində yüksək zirvələri fəth etməkdə, daim irəliyə doğru addımlasında yardımçı olur. İfaçının geniş səs diapozonuna malik olması ona soprano, metso-soprano, alt, kontralt, bariton və bas partiyalarını ifa etməyə imkan verir.Məhz bu amillər İ.Nəzərovu musiqi mədəniyyətimizdə unikallaşdıran və onu mədəni-tarixi  hadisəyə çevirən səbəbdir. Bu tək Azərbaycanda deyil, dünyada da tez-tez rast gəlinən hal deyildir.

Biz musiqiçimizə yeni yaradıcılıq zirvələri arzulayır və yeni nailiyyətləri ilə musiqi mədəniyyəti tariximizdə yeni səhifələr yazmağı arzu edirik!

 

Günel Bəkirli

 

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə