Təqvim
Akademik Musiqili Teatr Təbriz səfərinə hazırlaşır (+FOTOLAR)
20 oktyabr 2019 - 03:33

Canveten.az xəbər verir ki, dekabr ayının 1-dən 7-dək İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalı keçiriləcək.


     Dünyanın bir çox nüfuzlu teatrlarının qatılacağı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək və orada görkəmli bəstəkar, Xalq artistimiz Fərəc Qarayevin və fransız yazıçısı Samuel Bekketin “Qodonun intizarında” tamaşasını nümayiş etdirəcək. Həmçinin festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.


         Bu barədə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mediaya açıqlamasında bildirib.

“Akademik Musiqili Teatr bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa – 2019” Beynəlxalq Müasir Teatr Festivalından uğurla qayıdıb. Elbasan şəhərindəki festivala dünyanın müxtəlif ölkələrindən gələn teatr və incəsənət xadimləri “Qodonunu intizarında” tamaşasını çox yüksək səviyyədə qarşıladılar və hələ də bu barədə xoş sözlər, fikirlər, rəylər söyləməkdədirlər. Türkiyənin tanınmış sənət adamı Tamer Levendlə 21-ci “Skampa” festivalında yaxından tanış olduq. O, tamaşamız haqqında dolğun fikirlər səsləndirdi. Eyni zamanda festivalda iştirak edən Amerikada yaşayan rejissor, aktyor, Karlos Espinal da bu səhnə əsərindən zövq aldığını Akademik Musiqili Teatrın "İnstagram" səhifəsində yazdığı şərhlərdə də vurğuladı və bizə bu gözəl tamaşa üçün minnətdarlığını bildirdi. Əlbəttə, belə sözləri eşitmək bizi çox sevindirir. “Qodonun intizarında” fərqli tamaşadır və bu baxımdan da fəlsəfi duyumu, yüksək intellekti, həyata baxışı fərqli olanlar, reallıqla abstrak dünya arasında sıx əlaqəni, məna çalarlarını tapmağa çalışanlar absurd janrda tamaşanı bəyənə bilirlər… Qeyd edim ki, II Alef Teatr Festivalına bizi bu layihənin direktoru cənab Houman Beignezhad dəvət edib. Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan tələbəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur. Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər… Ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil etmək, üç rəngli barağımızı bayraqlar arasında görmək özü böyük şərəfdir. Ümidvaram ki, bədii rəhbəri olduğum bu tamaşa Təbrizdə də Albaniyada olduğu kimi böyük əks-səda doğuracaq", - deyə Ə. Lalayev bildirib.

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə