Təqvim
ANİMA FİLM-in beynəlxalq müsabiqə iştirakçıları bəlli oldu (+FOTO=1)
03 sentyabr 2019 - 11:39

AZpress.AZ xəbər verir ki, II ANİMA FİLM Bakı Beynəlxalq Animasiya festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.

Animasiya filmləri üzrə seçim komissiyası: Rəşid Ağamalıyev (Azərbaycan), Liz Mansresa (Fransa),

Vojtěch Kiss (Çexiya), Nəzrin Əlizadə (Azərbaycan), Piotr Ficner (Polşa) vəIlenia Cotardo (İtaliya).

Ssenarilər üzrə seçim komissiyası isə tanınmış yazıçı Sevinc Əzimovadır (Elsevər) (Azərbaycan).

Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Cəmi 50 müxtəlif ölkədən 268 müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.

Sonda onu da qeyd edək ki, bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2019-cu ilin oktyabrın 20-də 2-ci ANİMAFİLM festivalının bağlanış mərasimdə elan olunacaq.

Seçim komissiyasının qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.

ANİMAFİLM komandası bütün animasiya film və ssenarilər müəlliflərini təbrik edir.

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə