Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv ƏSA Teatrı 6 iyulda baş tutacaq “Adamlar və siçanlar” tamaşası üçün möhtəşəm təkliflə çıxış edib. Bu barədə məlumatı təşəbbüsün ideya müəllifi, teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, teatrla ədəbiyyatın vəhdətini təşkil etmək naminə tamaşaçılara yeni təklif hazırlayıblar. Belə ki, ƏSA Teatrının 6 iyul axşam saat 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirəcəyi “Adamlar və siçanlar” tamaşasına 1 ədəd bədii kitab gətirən tamaşaçıya – 1 bilet veriləcək. “1 kitab – 1 bilet” kampaniyasında iştirak etmək istəyən hər bir tamaşaçı tamaşaya gələrkən özü ilə Azərbaycan dilində və latın qrafikalı əlifba ilə çap olunmuş kitab gətirməlidir. Qeyd edək ki, 1 kitab -1 bilet deməkdir. Nicat Qulam bildirib ki, “1 kitab – 1 bilet” kampaniyasında məqsəd ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının kitaba olan marağını yüksəltməkdir. Belə ki, bilet qarşılığında verilən kitablar növbəti sezondan etibarən mütəmadi olaraq ƏSA Teatrının tamaşaçılarına hədiyyə olunacaq. Belə ki, bilet qarşılığında verilən kitablar növbəti sezondan etibarən mütəmadi olaraq ƏSA Teatrının tamaşaçılarına hədiyyə olunacaq. Qeyd edək ki, həmçinin "Adamlar və siçanlar" tamaşasına biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, Park Bulvar, Gənclik / 28 MALL TM'lərindən və iTicket.Az saytından online şəkildə əldə edə bilərsiniz.
Bütün hüquqlar qorunur © 2024