Təqvim
ADMİU-nun kollektivi Kazanda keçirilən beynəlxalq Festivalda iştirak edib (+FOTOLAR)
21 iyun 2019 - 15:13

Canveten.az xəbər verir ki, iyun ayının 10-dan 16-a kimi Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”)  Beynəlxalq tələbə tamaşaları festival keçirilib. Tatarıstan, Başqırdıstan, Qazaxstan, Macarıstan, Yakutiya, həmçinin Moskvanın bədii təhsil məktblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abudullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Xalq artisti, dosent Məmmədsəfa Qasımov) Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış ediblər. Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.

Festivalda həmçinin, “Teatrşünaslıq” kafedrasının müəllimləri, ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak edib. “Novruz” festivalının əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov təşkilat komitəsinin xahişi ilə “Novruz. Məktəb” festivalında da fəal iştirak edərək öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub.

Teatrşünas Fəridə Cəlilova isə ədəbi material rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi fəal iştirak edib.

Teatr təhsilinə dəstək olmaq məqsədini qarşıya qoyan festivalda tamaşaların nümayişi ilə yanaşı, bir sıra müzakirələr, seminarlar və ustad dərsləri baş tutub. Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti, dosent Məmmədsəfa Qasımov Qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.

Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə təqdim edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə