Təqvim
Mübariz Mənsimov: ...Heydər Əliyev, Mir Cəlal Paşayev, Mübariz İbrahimov adları dünya sularında yaşayır...(+FOTOLAR)
20 iyun 2019 - 18:35

Quru yük və tanker gəmilərini ayıra bilməyən, amma oğurluq pulla sifariş verib yazı yazdıran bisavadlara buradan müraciət edirəm. Yorulmadınız mənim haqqımda səviyyəsiz xəbərlər yazdırmağa? Siz o yazılarla məni ləkələyə biləcəyinizi düşünürsüz? Məndən “xalq düşməni” düzəltməyə çalışırsınız? Kimdir Azərbaycan xalqının dəyərlərinə hörmət etməyən?! Bunu heç olmasa, siz deməyin, xalqın neftini satıb, bu dünyada özünüzə cənnət qurmusunuz. Bütün Avropa sizdən və sərvətinizdən, cibinizə axan neft pullarını limitsiz xərcləməyinizdən danışır. Dəyərdən danışan dəyərsizlər! Əsl dələduz sizsiniz, “SOCAR Trade”i biz qurduq, siz oğurladınız, orda-burda yalandan öyünürsüz. O şirkəti Azərbaycan neft şirkəti ilə mən Mübariz və dostum Qalovuşkinlə birlikdə quraraq, Azərbaycan neftini dünya bazarına cıxardıq. Və utanmadan indi deyirsiniz ki, bunu siz etdiniz. Sənədlərə ehtiyac varsa, tək-tək ortaya qoyaram! Davamını gətirim? Sizin kim olduğunuzu xalq yaxşı bilir. Gəmiyə gəldikdə, bəli, “Məhəmməd Əmin Rəsulzadə” bizim donanmanın yeni gəmisidir. 2019-cu ilin standartlarına uyğun reniveyşn edilmiş loyd tərəfindən təsdiqlənmiş və həyəcanla səfərə cıxmasını gözlədiyimiz gəmidir. Bu gəmi tankerdən quru yük gəmisinə cevrilmiş və yük gəmisi olaraq dünya sularında üzəcək. Ay bisavadlar, siz axı hardan biləsız ki, tanker nədir, quru yük gəmisi nədir. Bir də ki, gəminin texniki baxımdan, yeni və ya köhnə olmasının adın əbədiləşdirilməsinə nə aidiyyatı var?Axmaqlar, lap elə 21 illik gəminin adını dəyişərək, “Məhəmməd Əmin Rəsulzadə” qoymuşamsa, burada nə var? Siz Rəsulzadə adının əbədiləşdirilməsi ilə bağlı nə etmisiniz bu günə qədər? Həm də ki, adı “qara siyahı”da olan bir gəmi dünya sularına necə buraxıla bilər?! Gəmidə son boyama işləri görülür və yola cıxmaq üzrədir. Biz Palmali olaraq millətimin baş tacı olan hər bir azərbaycanlının adını əbədiləşdirməyə davam edəcəyik. Necə ki, Heydər Əliyev, Mir Cəlal Paşayev, Mübariz İbrahimov adları dünya sularında yaşayır, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adları verilmiş gəmilər də eyni şəkildə fəaliyyət göstərəcəklər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə