Təqvim
“Azərsu” əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir (+FOTOLAR)
11 iyun 2019 - 15:19

Canveten.az xəbər verir ki,  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində yenilayihənin icrasına başlanılıb.

Layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində və  ətraf ərazilərdə  mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradıması layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməli  su ilə təmin etməyə imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar, TURİZM
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə