Təqvim
Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görüldü (+FOTO)
31 may 2019 - 12:46

Canveten.az xəbər verir ki, mayın 1-dən 4-ə qədər Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində məşhur gürcü bəstəkarının xatirəsinə həsr edilən vokalçıların “Vaja Çaçava adına III Beynəlxalq Müsabiqə”si keçirilib. Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib və 2-ci yerlə mükafatlandırılıb.

“Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də çoxmillətli auditoriya tərəfindən yüksək qarşılandı. Nəticə olaraq rusiyalı həmkarımdan sonra 2-ci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi… Müsabiqədə iştirakım üçün şərait yaradanlara, başda Akademik Musiqili Teatrın rəhbərliyi olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”, -deyə G.Məmmədova xoş təəssüratlarını paylaşıb.

Qeyd edək ki, Güllübəyim Məmmədova 2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasında “Vokal” ixtisası üzrə təhsil alıb, 2015-2017-ci illərdə isə həmin təhsil müəssisəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Ötən ilin oktyabr ayından Akademik Musiqili Teatrda xor artisti vəzifəsində çalışan istedadlı vokalçımız teatrın repertuarında olan “Toya bir gün qalmış”, “Bankir adaxlı”, “Baladadaşın toy hamamı”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “Silva”, “Nuri-didə Ceyhun”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda”, “999-cu gecə”, “Bir dəfə Bağdadda” və başqa tamaşalarda uğurla iştirak edib. İndiyə qədər bir çox konsert və dövlət tədbirlərinin iştirakçısı olub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə