Təqvim
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb (+FOTOLAR)
22 aprel 2019 - 22:11

Canveten.az xəbər verir ki, aprelin 18-də “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb.

Şəhərdə yerləşən Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Sərgidə oymaçı rəssam Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay evi” və Ağdam məscidi, Hökumət evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçilərin diqqətini çəkib.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər.

Sərgidə Qarabağ və Qazax xalçaları da nümayiş olunub. Hərbçilərin xüsusi göstərdikləri nömrələr maraqla qarşılanıb. Tədbirin zəngin proqramını yadda qalan edən anlardan biri də el havasının sədaları altında meydana Qarabağ atlarının gəlişi olub. Qarabağ atları Heydər Əliyev Parkının ətrafında bir neçə dəfə dövrə vurublar.

Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də təşkil olunub. Kitab guşəsində ədibin əsərlərindən əlavə olaraq Prezident İlham Əliyevin sərəncamları ilə cari il ərzində yubileylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların da kitabları sərgilənib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır.

Tədbirdə mədəniyyət işçilərinin təqdimatında “Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Kompozisiyada oğuz elinin ağsaqqalı, ozanların atası olan Dədə Qorqud obrazının gəlişi ilə Azərbaycan mədəniyyətinin qədim dövrlərdən ta indiki zamanımıza kimi inkişaf mərhələsini əks etdirən epizodlar əyani şəkildə qonaqlara göstərilib. Yaradıcılıq Festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tərtər sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təmsil edən İxtiyar Məhəmmədli deyib: “Festivalın keçirilməsi imkan yaradır ki, bölgəyə məxsus mədəniyyət nümunələrini, əl işlərini gətirib nümayiş etdirək. Biz də bu gün əsasən uşaqların hazırladıqları əl işlərini sərgiləyirik. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanır. Onlar sərgiyə tamaşa etməklə, respublikamızın hər bir bölgəsinin mədəniyyəti, tarixi, ənənələri, məişəti barədə məlumatlanırlar”.

Şəmkir Regional Mədəniyyət İdarəsini təmsil edən Əfsanə Məmmədzadə isə deyib: “Festivalda əsasən əl işləri, müxtəlif toxuculuq məhsullarını sərgiləyirik. Təşkil etdiyimiz sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. Biz özümüz də Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə maraqla baxdıq. Festivalın ən yaxşı cəhətlərindən biri odur ki, müxtəlif regionlardan gəlmiş insanlar arasında dostluq, əməkdaşlıq münasibətləri yaranır”.

Tərtər sakini Adikə Zeynalova festivalda iştirakdan məmnunluğunu ifadə edib: “Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi bizi çox sevindirir. Mən də ailəmlə bu festivalda iştirak edirəm. Sərgilərə tamaşa etdik. Xüsusən Şəkidən gətirilmiş şəbəkə, toxumalar, ustaların əl işləri daha çox xoşuma gəldi. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Mədəniyyət Nazirliyinin iş planına əsasən, respublikamızda ikinci dəfədir keçirilən, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə