Təqvim
Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib (+FOTOLAR)
14 mart 2019 - 11:54

Canveten.az xəbər verir ki, bu ilin mart ayının 6-dan 18-dək ölkədə çaylarımızı qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib. Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı, Şəki-Zaqatala  istiqamətlərində 23 marşrut üzrə aparılır. Qar ölçmə işlərini Milli Hidrometeorologiya Departamentinin 15 nəfər mütəxəssisindən ibarət olan 4 qrup həyata keçirir. Ümumi qar həcminin təyin ediməsi üçün  tədqiqatlar zamanı  dayanıqlı qar xəttinin yerləşmə hündürlüyü, qar layının sıxlığı və onun tutduğu sahə  müəyyən edilir.

Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth,  həm də yeraltı qida mənbələrini formalaşdırır.  Buna görə aprel-iyun ayları  ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında  gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edilir.

    Respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə  olunacaq  su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının  əvvəlcədən müəyyən edilməsi vacibdir.

Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyyatları 10-15 faiz azalıb.Bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan  sudan səmərəli istifadə olmasına nail olmalıyıq. Bu yanaşma müxtəlif sektorlar, o cümlədən əhali tərəfindən sudan istifadə zamanı  əsas tutulmalıdır.

Qeyd edək ki, 2016-cı ildə ölkə Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə  istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsi də daxil olduğundan  çaylarda vegetasiya dövründə gözlənilən axımı daha da dəqiq  proqnozlaşdırmaq üçün bu il qarölçmə işləri daha geniş formada aparılır.  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə