Təqvim
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi (+FOTOLAR)
01 fevral 2019 - 22:54

Canveten.az xəbər verir ki,  

Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşdı.

Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində gənc sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda zinət əşyaları, minalı məmulatlar, toxuculuq, tikmə, xalçaçılıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri onların yaradıcı təxəyyülünün zənginliyini əks etdirirdi. Rəssamların təqdim etdiyi əsərlər isə gənclərin mövzu rəngarəngliyini, özlərinə məxsus sənət duyumlarını ortaya qoyurdu. Sərgilənən nümunələr eyni zamanda gənclərin qədim və zəngin mədəni irsimizə maraq və sevgisinin göstəricisi idi.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Həmin vaxtdan etibarən hər il 2 fevral gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Nazir qeyd etdi ki, ölkəmizdə Gənclər günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir: “Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Son bir neçə ildir öz innovativ yanaşmaları ilə seçilən, mədəniyyət sahəsində çalışan gənclərin “ASAN Xidmət”lə fəal əməkdaşlığını təmin edirik. Məhz bunun nəticəsində artıq 3 ildir ki, “ASAN Xidmət”lə birgə “Gəncliyin səsi” festivalını reallaşdırırıq”.

Hazırda ölkəmizdə 125 istedadlı gəncin Prezident təqaüdünə layiq görüldüyünü deyən nazir vurğuladı ki, onlar bu təqaüdlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Belə gənclərin sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirənlər və dünyanın böyük səhnələrində Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ edənlər var.

Əbülfəs Qarayev “Gəncliyin səsi” festivalının gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını bildirdi. Qeyd etdi ki, fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişlərinin keçirilməsi nəzərdə tutulur.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, bugünkü tədbir ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin daha bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirilir.

Festivalın təşkilini yüksək qiymətləndirən Ü.Mehdiyev tədbirin gənclərin potensialının üzə çıxarılmasında əhəmiyyətini vurğuladı, layihənin uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki, festival çərçivəsində təşkil edilən tədbirlər gənclərin dünyagörüşünün formalaşmasına, onların peşə və sənət seçiminə öz töhfəsini verir. Vurğulandı ki, festivalın paytaxtla yanaşı, Sumqayıt şəhərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Daha sonra 2018-ci ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi.

Festivalın açılış mərasimi konsert proqramı ilə davam etdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Musiqi Kolleci, Şuşa Humanitar Kolleci, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Bakı şəhər T.Quliyev adına 12, Rostropoviçlər adına 21, Niyazi adına 22, M.Maqomayev adına 26 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 11 illik musiqi məktəblərinin tələbə və şagirdlərinin ifasında təqdim olunan konsert proqramı alqışlarla qarşılandı.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə