Təqvim
Türk bankının Azərbaycandakı vəziyyəti
31 oktyabr 2018 - 10:11

Türk banklarının Azərbaycan bazarındakı fəaliyyətində müsbət dinamika hiss olunur.  “YapıKredi Bank Azərbaycan”ın aktivlərindəki artım bunu deməyə əsas verir.

BI xəbər verir ki, “YapıKredi Bank Azərbaycan”ın 2018-ci ilin üçüncü rübündə faiz gəlirləri 26 milyon 25 min manat, faiz xərcləri 3 milyon 788 min manat olub. Xatırladaq ki, faiz gəlirləri əsasən bankın kredit portfeli üzrə formalaşır və bu göstəricilər faizlərin toplanmasında müsbət tendensiyanın olduğundan xəbər verir.

Bankın qeyri-faiz gəlirləri 12 milyon 544 min manat, qeyri-faiz xərcləri isə 22 milyon 307 min manat təşkil edir. Nəticədə əməliyyat mənfəətinin həcmi 12 milyon 474 min manat həcmində formalaşıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatları bank illik müqayisədə 2 dəfəyə yaxın artıraraq 8 milyon 691 min manat təşkil edib. Bank mənfəətdən vergilərə 1 milyon 78 min manat ödəyib.

BI xəbər verir ki, “YapıKredi Bank Azərbaycan” 2018-ci ilin üçüncü rübünün xalis  mənfəəti illik müqayisədə 2,3 dəfə azalaraq 2 milyon 705 min manatla başa vurub.

“Yapı Kredi Bank Azərbaycan”ın 2018-ci ilin üçüncü rübündə cəmi aktivləri illik müqayisədə 24% artaraq 500 milyon 995 min manat olub. Bankın müştərilərə verdiyi kreditin həcmi illik müqayisədə cuzi artaraq 172 milyon 340 min manata yüksəlib. Mərkəzi Bankda müxbir hesabların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% azalaraq 14 milyon 653 min manata enib.

“YapıKredi Bank Azərbaycan” 2018-ci ilin üçüncü rübündə aktivlər üzrə ehtiyatlarını illik müqayisədə 61% artıraraq 8 milyon 691 min manat ayırıb. Bankın açıqladığı hesabatdan məlum olur ki, bankın kredit portfelinin 31,5% problemli kreditlər təşkil edir. Problemli kreditləri həcmi isə 54 milyon 225 min manat təşkil edir.

 



Bankın cari ilin üçüncü rübündə cəmi öhdəlikləri illik müqayisədə 23,6% artaraq 424 milyon 417 min manat səviyyəsindədir. Depozit portfeli 397 milyon 227 min manat təşkil edib. “YapıKredi Bank Azərbaycan”da Mərkəzi Bankın tələbləri yoxdur.

 

Bankın cəmi kapitalı 2018-ci ilin üçüncü rübündə 76 milyon 578 min manat olub.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT, KULİNARİYA
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə