Təqvim
ABŞ İran neftini dayandırmağa nail ola bilsəydi, neft bu gün 100 dolları keçmişdi"
29 oktyabr 2018 - 13:22

Ötən cümə günü 76,57 dollardan günə başlayan və gün ərzində 77,89 dollara qədər qalxan Brent neftin barrel qiyməti, bu gün səhər 77,61 dollardan açılıb. Brent neftin barreli Bakı vaxtı ilə saat 12.50-də 0,59% azalma ilə  77,15 dollardan alıcı tapıb. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli isə 67,27 dollardan alıcı tapıb.
 

ABŞ və Çin arasında ticarət müharibəsinin qlobal iqtisadi artımı ləngidəcəyi ehtimal edilir. İqtisadi inkişafın zəifləməsi ilə neftə tələbin azalacağı xofu, beynəlxalq neft qiymətlərinə aşağı istiqamətdə təzyiq yaratmağa davam edir.
 

Ancaq mütəxəssislər, neft qiymətlərindəki azalmanın ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyaların yaxınlaşması səbəbindən məhdud qaldığını qeyd edirlər. Bazarda İranın boşalacaq yerini Səudiyyə Ərəbistanı və digər istehsalçı ölkələrin tutacağı gözələnilir, amma dəqiq deyil. Bu istiqamətindəki narahatlıq da qiymətlərin daha çox aşağı düşməsini maneə olur.
 

Digər tərəfdən, İran Prezidentinin birinci müavini İshaq Cahangiri, dünən verdiyi açıqlamada, ABŞ-ın, qiymətlərin qalxmaması üçün İrana görə bazarda yaranacaq boşluğun Səudiyyə Ərəbistanı və digər ölkələrin  kompensasiya ediləcəyinə dair  iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, "ABŞ, İran neftini dayandırmağa nail ola bilsəydi neftin barrel qiyməti bu gün 100 dolları keçmişdi. ABŞ-ın sanksiyalarından sonra İranın neft ixracı gündəlik 1 milyon barreldən az olmayacaq", - ifadəsini istifadə edib..
 

Qeyd edək ki, ABŞ gələn aydan etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.

 

Brent neftdə, texniki olaraq 77,34 ilə 77,52 dollar aralığının müqavimət, 76,98 ilə 77,16 dollar aralığının dəstək bölgəsi olduğu bildirilir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© marja
Kateqoriya:
Sənaye
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə