Təqvim
2 İran şirkəti Azərbaycana yumurta və cücə satacaq - RAZILAŞMA
25 oktyabr 2018 - 17:44

Xarici ölkələrdən idxal edilən heyvan və heyvan mənşəli məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verməsi, ixracatçı şirkətin heyvandarlıq təsərrüfatının və istehsal müəssisəsinin ölkəmizin idxal tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İran İslam Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran şəhərində keçirilən növbəti tədbirində Azərbaycanın və İranın müvafiq qurumlarının nümayəndələri arasında razılıq əldə olunub.

İki qonşu ölkə arasında tranzit yükdaşımalar zamanı transsərhəd xəstəliklərlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində müvafiq beynəlxalq tələblərə uyğun olaraq, ixracatçı subyektlərin qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədi ilə  birgə fəaliyyətə başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən  İran İslam Respublikasının Gilan vilayətində yerləşən “Morghe Naabe Shomale Gilan Hoirishment Complex” quşçuluq fabrikinin qida təhlükəsizliyi baxımından qiymətləndirilməsi başa çatmış və Təbrizdə yerləşən “Kesht va Sanat va Damparvari Dasht Azenegin”  heyvandarlıq kompleksində hazırda qida təhlükəsizliyi baxımından qiymətləndirilmə işləri həyata keçirilir.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Respublikada damazlıq ehtiyaclar nəzərə alınaraq damazlıq yumurta və bir günlük cücələrin İran İslam Respublikasının qeyd edilən müəssisəsindən idxalı barədə razılıq əldə edilib. Bu barədə "Bİ"yə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. 

Ölkəmizə qida məhsulları idxal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən tədbirlər davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə