Fərhad Əhmədova tətbiq edilən sanksiyalar LƏĞV EDİLİR CAN VƏTƏN xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məlumat yayıb. Ukraynadakı müharibəyə görə "Nortqaz" şirkətinin keçmiş prezidenti və həmsahibi Fərhad Əhmədova tətbiq edilən sanksiyalar sentyabrın 15-də başa çatır. O, 2022-ci il aprelin 8-də Aİ-nin sanksiyalarına məruz qalıb. 2023-cü ilin avqustunda "OilPrice" nəşri Aİ-dəki mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı Əhmədov qarşı sanksiyaları ləğv edə bilər. Nəşrin yazdığına görə, Fərhad Əhmədov Aİ-nin "qara siyahı"sına ona görə salınıb, o, “Kremlə yaxındır və Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorlarda iştirak edən aparıcı biznesmendir”. Mənbələr qeyd edib ki, Aİ-nin qərarı köhnəlmiş məlumatlara əsaslanır, Fərhad Əhmədov 2012-ci ildə "Nortqaz"ın səhmlərini satıb, 2017-ci ildən isə onun portfelində Rusiya şirkətlərinin səhmləri yoxdur. Agentlik Əhmədovla yanaşı ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkinə və onlayn pərakəndə satış şirkətinin keçmiş baş direktoru Ozon Aleksandra da tətbiq edilən sanksiyaları uzatmayacaq.
Avropa İttifaqı (Aİ) əslən Azərbaycandan olan rusiyalı iş adamı Fərhad Əhmədova tətbiq edilən saksiyaları uzatmayacaq.
Bütün hüquqlar qorunur © 2024