Təqvim
Rusiyanın kosmik tənəzzülü - Moskva Ayda da uğursuz oldu
21 avqust 2023 - 15:37

Rusiyanın kosmik tənəzzülü - Moskva Ayda da uğursuz oldu

“Luna-25” kosmik gəmisi idarəetmədən çıxaraq Aya çırpılması ilə Rusiyanın yarım əsrdən sonra Ay missiyası ilk dəfə uğursuza düçar olub.

Modern.az "Reuters"in missiya haqqında təfərrüatlardan və onun uğursuzluğu ilə bağlı detallardan ibarət icmalını təqdim edir.

Bu, Sovet İttifaqının "Luna-24" kosmik aparatının 1976-cı ildə Aydan nümunələrlə geri qayıtmasından sonra Rusiyanın Aya yolladığı ilk missiya idi. "Luna-25" gəmisini daşıyan "Soyuz 2.1" raketi avqustun 11-də Moskva vaxtı ilə saat 2:11-də şəhərdən 5550 km şərqdə yerləşən "Vostoçnı" kosmodromundan havaya qalxıb. 1 saatdan bir qədər sonra Yerin orbitindən Aya doğru istiqamətlənib.

Gəmi avqustun 16-da Ayın orbitinə daxil olub. O, bazar ertəsi yumşaq eniş cəhdi etməli idi. Rusiyanın dövlət kosmik korporasiyası "Roskosmos" bildirib ki, şənbə günü saat 11:10-da missiya gəmini enişdən əvvəl orbitə çıxarmağa çalışarkən "anormal vəziyyət" yaranıb. Saat 11:57-də gəmi ilə əlaqə kəsilib.

“Aparat gözlənilməz orbitə çıxıb və Ayın səthi ilə toqquşması nəticəsində fəaliyyətini dayandırıb”, - "Roskosmos"un açıqlamasında deyilir. Bildirilib ki, xüsusi komissiya missiyanın niyə uğursuz olduğunu araşdırır.

"Prestij missiyası"nda uğursuzluq Moskvanın 1957-ci ildə Yer kürəsinin orbitinə ilk peyki - "Sputnik 1"i buraxdığı və sovet kosmonavtı Yuri Qaqarinin 1961-ci ildə kosmosa səyahət edən ilk insan olduğu "Soyuq Müharibə" rəqabətinin şanlı günlərindən bəri Rusiyanın kosmik gücünün tənəzzülünü göstərir.  Rusiya 1976-cı ildə Leonid Brejnev Kremlə rəhbərlik etdiyi vaxtda göndərdiyi "Luna-24"dən sonra Aya uçuş cəhdi etməmişdi. Rəsmilərin bildirdiyinə görə, "Luna-25" avqustun 21-də Ayın cənub qütbünə yumşaq eniş etməli idi.

Uğursuzluq həmçinin Qərbin indiyə qədər tətbiq etdiyi ən sərt sanksiyalara tab gətirən Rusiyanın 2 trilyon dollarlıq iqtisadiyyatına təzyiqi ortaya qoyur. Sanksiyalar Rusiya iqtisadiyyatını, xüsusən də onun idxala əsaslanan yüksək texnologiyalı hissələrini zəiflədib. Prezident Vladimir Putin isə bildirib ki, Rusiya iqtisadiyyatı diqqətəlayiq güc nümayiş etdirir.

Son 30 ildə Rusiya 1991-ci ildə Sovet İttifaqının süqutu zamanı xaos və ondan sonrakı iqtisadi və siyasi qarışıqlıqlar şəraitində təxirə salınmış və ya ləğv olunmuş müxtəlif Ay missiyalarını nəzərdən keçirib. 2011-ci ildə Marsın peyklərindən birinə edilən Fobos-Qrunt missiyasının uğursuzluğu Rusiyanın kosmik proqramının qarşısında duran çətinliklərin nişanəsi idi. Belə ki, missiya hətta yerin orbitindən çıxa bilmədi və 2012-ci ildə yerə geri düşərək Sakit okeanın dibinə çırpıldı.

Daha sonra Rusiya Ayın cənub qütbünə "Luna-25" missiyası göndərilməsi ideyası üzərində dayandı və onun da taleyi artıq məlumdur...

Modern.az Təhlil və Araşdırma Qrupu

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə