Təqvim
Slovakiya Azərbaycanda minatəmizləməyə dəstək verəcək
21 sentyabr 2022 - 13:21

Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Rastislav Kaçer ölkəsinin Azərbaycanın minasızlaşdırma sahəsində səylərinə dəstək vermək niyyətində olduğunu açıqlayıb.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Rastislav Kaçer bu barədə Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

 

Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

 

Nazir, həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

 

Rastislav Kaçer ökələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb.

 

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Vətənpərvər şair Gülağa Tənhanın Azərbaycan xalqına BAYRAM TƏBRİKİ14:27, 21 mart 2023
Yüksək vəzifəli məmurlar saxlanıldılar 14:12, 21 mart 2023
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq 10:46, 20 mart 2023
Gülağa Tənha "Ya Rəbbim"... (+VİDEO)10:39, 20 mart 2023
Mehriban Əliyevadan Novruz TƏBRİKİ 10:27, 20 mart 2023
Gülağa Tənha - şairin öz səsi ilə (+ViDEO)10:37, 19 mart 2023
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar +FOTO=9500:58, 19 mart 2023
Suqovuşanda inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu +FOTO=500:44, 19 mart 2023
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar +FOTO=1000:36, 19 mart 2023
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib +FOTO=600:26, 19 mart 2023
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var10:46, 18 mart 2023
Məhkəmə Putinin həbsinə order verdi 10:30, 18 mart 2023
GÜLAĞA TƏNHA: KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR10:27, 18 mart 2023
Qarabağdakı sülhməramlılar arasında ölənlər var 14:21, 17 mart 2023
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşdı 14:07, 17 mart 2023
ALLAH adamı, vətənpərvər şair GÜLAĞA TƏNHA tərəfindən Masallı və Lənkəranda bayram sovqatı paylanılıb +FOTO=3013:52, 17 mart 2023
Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək 13:25, 17 mart 2023
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var13:17, 17 mart 2023
İranda hicab qanununu pozanlar cəzalandırılacaq15:08, 16 mart 2023
Gülağa Tənhanın Vətən haqqında fikiri... (+ViDEO)14:53, 16 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə