Tovuzda kütləvi dava və yol qəzası - FOTOLAR

Təqvim
Tovuzda kütləvi dava və yol qəzası - FOTOLAR
11 iyun 2023 - 16:47

Tovuzda kütləvi dava və yol qəzası - FOTOLAR

Tovuzda iki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Nəticədə bir nəfər bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digərləri isə yüngül xəsarətlərlə ambulator müalicə alıblar.

 

CAN VƏTƏN AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Tovuzda gecə saatlarında fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib. Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal adlı şəxs bıçaq zərbələri alıb.

Məlumata görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər. “Kia” markalı minik avtomobili yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb. Nəticədə sürücü - rayonun Qaziqulu kənd sakini 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara da ilkin tibbi yardım göstərilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, avtomobil qəzasına düşənlərin vəziyyətləri ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə