Təqvim
“Zərərli vərdişlərdən imtina” – Masallıda maarifləndirici seminar Akif Ağayev +FOTO=4
05 oktyabr 2022 - 15:26

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” adlı silsilə tədbirlər çərçivəsində “Zərərli vərdişlərdən imtina” mövzusunda seminar keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli seminarın məqsədi ilə bağlı iştirakçılara məlumat veriblər.

Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru Samid Əliyevin, Masallı Gənclər Evi sosial xidmətlər müəssisəsinin direktoru Fuad Mənsimovun, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevanın, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin Layihə və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyevin, Masallı Dövlət Regional Kollecinin tədris işləri üzrə müdiri Dilarə Mürşüdovanın məruzələri dinlənilib.

Seminarda toxunulan problemlə bağlı müzakirələr aparılıb, Masallı sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Sonra Nizami Gəncəvi adına şəhər Mədəniyyət Mərkəzinin səhnəsində mövzu ilə bağlı “Bölgə” eksperimental teatr truppasının “Həyat tablosu” tamaşası nümayiş etdirilib.

 

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Xersonda mer saxlanıldı 17:45, 29 noyabr 2022
Gülağa Tənha: AZƏRBAYCAN ƏSGƏRİ17:41, 29 noyabr 2022
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi 17:13, 29 noyabr 2022
Paşinyanın qardaşı ağır qəzaya düşdü 17:11, 29 noyabr 2022
İlham Əliyev Tatarıstan Prezidentini qəbul etdi 11:59, 29 noyabr 2022
Luqanskda işğalçıların təyyarələri məhv edildi 11:58, 29 noyabr 2022
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib 11:54, 29 noyabr 2022
Gülağa Tənha: BİLƏR21:35, 28 noyabr 2022
Masallı boksçusu respublika üçüncüsüdür Akif Ağayev +FOTO=320:53, 28 noyabr 2022
13 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi 20:52, 28 noyabr 2022
“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ20:51, 28 noyabr 2022
Masallıda mini-futbol turnirinə yekun vurulub Akif Ağayev+FOTO=418:07, 28 noyabr 2022
Prezident AZƏRTAC-a rəhbər TƏYİN ETDİ16:45, 28 noyabr 2022
Ədliyyə Nazirliyinin strukturu DƏYİŞDİRİLDİ16:42, 28 noyabr 2022
Prezident Naxçıvan Dövlət Gömrük Komitəsini LƏĞV ETDİ16:16, 28 noyabr 2022
İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə bağlı fərman İMZALADI 16:14, 28 noyabr 2022
Masallıda çempionla görüş və ustad dərsləri keçirilb Akif Ağayev +FOTO=914:44, 28 noyabr 2022
Gülağa Tənha: MASALLI21:25, 27 noyabr 2022
Gülağa Tənha: LALƏ21:19, 26 noyabr 2022
Azərbaycanda yeni universitet binası tikiləcək - Prezident19:34, 25 noyabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə