Çinin şərqində yerləşən universitetin tədqiqatçılar qrupu üzən və uça bilən insansız sualtı platforma hazırlayır. Ordu.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, uçan sualtı qayıq sualtı minaların aşkarlanması da daxil olmaqla müxtəlif hərbi missiyaları dəstəkləyə bilər.
Sistemin pərləri sualtı hədəfə yaxınlaşmağa və uzun müddət dayanmağa imkan verir.
Tədqiqatçılar bildirirlər ki, platformanın iki böyük qatlanmış qanadı səthə çatdıqda uzanır və sualtı qayığın saatda 120 kilometr sürətlə uçmasına imkan verir.
Nəşr bildirir ki, komanda qanadları təxminən iki metr olan insansız sualtı qayıqların iki prototipini istehsal edib.
Bütün hüquqlar qorunur © 2024