Təqvim
Gürcüstandan Rusiyaya çağırış: "Qoşunlarınızı çıxarın"
08 avqust 2022 - 15:09

Avqust müharibəsinin 14-cü ildönümündə Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyadan 2008-ci ildə imzalanmış atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyi və qoşunlarını işğal olunmuş Abxaziya və Cənubi Osetiyadan çıxarmağı tələb edib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Rusiya-Gürcüstan müharibəsinin 14-cü ildönümü ilə bağlı bəyanatında deyilib.

“Rusiya-Gürcüstan müharibəsindən 14 il sonra Moskva Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya və Cənubi Osetiyada qanunsuz nəzarətini genişləndirməkdə davam edir.
14 illik işğaldan sonra Rusiya Aİ-nin vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etmir, işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirir, onların hərbiləşdirilməsi prosesini davam etdirir, onların faktiki ilhaqı istiqamətində fəal addımlar atır.
Rusiya yerdə təhlükəsizliyə, insan haqlarına və humanitar vəziyyətə zərbə vurur və işğal olunmuş ərazilərdə yaşayan insanları Gürcüstanın qalan hissəsindən və beynəlxalq ictimaiyyətdən təcrid etməyə çalışır”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Rusiya-Gürcüstan müharibəsi 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibədir. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə