Rusiyada alim Andrey Şipilyuk vətənə xəyanət ittihamı ilə saxlanılıb. Rusiyanın hipersəs raket sistemlərinin inkişafı ilə bağlı araşdırmaları koordinasiya edən məşhur fizik Şipilyukun saxlanması ölkədə böyük müzakirələrə səbəb olub. Rusiya Elmlər Akademiyasının Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru olan Dr. Şipilyuk bu yay xəyanət ittihamı ilə həbs edilən üçüncü rusiyalı alim olub. Raket proqramının baş tədqiqatçısı Anatoli Moslov bundan əvvəl hipersəs raketləri haqqında məxfi məlumatları başqa ölkələrə ötürməkdə ittiham edilərək iyunun 27-də həbs edilib.Tədqiqatçı Dimitri Kolker də Çin kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbs edilib və həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bütün hüquqlar qorunur © 2024