Belarus hərbçiləri Rusiya Federasiyası ərazisində “Şərq-2022” strateji komanda-qərargah təlimində iştirak edəcək. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. "Belarus Respublikası Silahlı Qüvvələrindən Qərb Əməliyyat Komandanlığının mexanikləşdirilmiş briqadalarından birinin 250-dən çox hərbçisi cəlb olunacaq. Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda praktiki məşğələlər keçiriləcək",- deyə məlumatda qeyd olunub. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov təlimin rəhbəri təyin edilib.
Bütün hüquqlar qorunur © 2024