Təqvim
ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi
23 iyul 2022 - 19:39

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.

O, müvafiq qərarın qəbul edildiyini şənbə günü keçirdiyi brifinqdə açıqlayıb.

ÜST rəhbərinin sözlərinə görə, epidemiya hazırda riskin yüksək olduğu Avropa istisna olmaqla, bütün dünyada orta risk yaradır.

Məlumata görə, indiyədək dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma halı müəyyən edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə