Ruslar Ukraynanın Xarkov vilayətinə zərbələri davam etdirirdilər. Ordu Vilayət Administrasiyasının (OVA) rəhbəri Oleq Sinegubov bu barədə məlumat yayıb. Onun sözlərinə görə, Xarkovda səhər saatlarında düşmən Osnovyanski rayonuna hücum edib. "Təcili tibbi yardımın məlumatına görə, 1 nəfər zərərçəkən var, vəziyyəti yüngül qiymətləndirilir. İşğalçılar əsasən reaktiv yaylım atəşi sistemlərindən atəş açıblar. Yaşayış binasına və inzibati binaya ziyan dəyib”, - o deyib. Boqoduxovski rayonunda şəxsi evlər və yardımçı tikililər işğalçıların zərbələrinə tuş gəlib, gün ərzində bir neçə yanğın baş verib. “Təəssüf ki, Zoloçiv icmasında 74 yaşlı qadın ölüb, 4 nəfər yaralanıb”, - OVA sədri bildirib.
Bütün hüquqlar qorunur © 2024