Hondurasın paytaxtında beynəlxalq cinayətkar qrupun üzvləri dörd gənci güllələyiblər. Onların arasında ölkənin eks-prezidentini Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var. Hadisə iyulun 14-də səhər tezdən baş verib. Polisin məlumatına görə, hadisə yerində azı yeddi silahlı olub. Onlar gecə klubunun çıxışında ölkənin eks-prezidentinin oğlu Səid Lobo Sosanın da daxil olduğu 4 dostun əyləşdiyi maşını saxlayıblar. Zərərçəkənlər maşından çıxarılaraq atəşə tutulub.
Bütün hüquqlar qorunur © 2024